Seperatçıların tör-töküntülərinin sonunun başlanğıcını gətirən möhtəşəm addım

Azərbaycan xalqı uzun illər 8 mayı ürək ağrısı ilə qeyd etsə də, həmişə "Şuşa bizimdir, bizim olacaq" deyərək heç vaxt ümidini itirməyib! Nə xoş ki, indi bizlər 8 mayı qürur hissi ilə yada salırıq!Buna görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əziz Şuşamızı azad edən qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə, ən çox isə şəhidlərimizə borcluyuq! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik!
Bu sözləri politoloq Teyyub Qənioğlu GunAz.az-a bildirib.
Teyyub Qənioğlu bildirib ki, Xarici havadarlarına, nala- mıxa vurmalarına baxmayaraq hələ də əsasən işğaıçı Rusiyaya, onun "bədməramlılarına" arxalanan və bu səbəbdən 44 günlük Yətən müharibəsində aldığı acınacaqlı məğlubiyyətdən nəticə çıxarmayan erməni qaniçənləri, "bəlkə də qaytardılar" ümidi ilə, hər veclə sülh müqaviləsinin bağlanmasına mane olurlar. Bu bədbəxtlər hələ də başa düşmək istəmirlər ki, seperatçıların qatarı çoxdan keçib! Onlar başa düşmək istəmirlər ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulması seperatçıların tör-töküntülərinin sonunun başlanğıcıdır və bu son çox da uzaqda deyildir! Azərbaycan dəfələrlə Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı olduğunu bəyan edib və bunun sonsuz davam etməyəcəyini ən ali səviyyədə bildirib. Son olaraq Prezident İlham Əliyev Şuşada "Böyük Avroasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakı zamanı ABŞ-ın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynoldsun sualına cavabında bildirmişdir ki: "Mən dəfələrlə bu məsələyə dair fikrimi bildirmişəm. Demişəm ki, Ermənistan sülh istəmirsə, sülh olmayacaq" Burada bir Azərbaycan məsəli yada düşür: "Donuza kiş- kiş deməklə darıdan çıxmayacaq". Onları dəmir yumuruqla çıxarmaq lazlmdır!
Fəridə Qafarqızı