LENİN JİV ? YOX , ƏŞİ !

LENİN JİV ? YOX , ƏŞİ !
Hidayət ELVÜSAL
İradə  xanım  Lenin babadan yazıb . Dostumuz Rüstəm Hacıyev də "Lenin jil , Lenin jiv , Lenin budet jil" sərsəmləməsini xatırladıb .
Yadıma Nəriman Həsənəliyev düşdü . Rəhmətlik hazırcavab , lotu , maraqlı adam idi . Bir dəfə Leninə şikayət məktubu  yazmışdı ,  ünvan olaraq da movzeleyi göstərmişdi .
Mərkəzi Komitənin şöbə müdiri Teymur Əliyev ( Teymur Elçin ) onu kabinetinə çağırmış və yaxasından yapışıb itələyə-itələyə deyirmiş :
-- Axmağın biri axmaq ! Məgər sən bilmirsən ki , dahi rəhbərimiz Vladimir İliç Lenin min doqquz yüz yirmi dördüncü ildə ölüb ?!
Nəriman boğula-boğula :
-- Özünüzə lazım olanda deyirsiz Lenin yaşayıb , Lenin yaşayır , Lenin daim yaşayacaq .Mənə lazım olan kimi öldü ?!
скачать dle 12.1
Geri qayıt