DOVŞAN , DOYŞAN , A DAFŞAN !

DOVŞAN ,  DOYŞAN ,  A DAFŞAN !
Hidayət Elvüsal
Ey quşlara , ağaclara , yetim-yesirə , qurbağaya , kərtənkələyə...təptəzə , qəşəng adlar qoyan hörmətli ( "hürmətli" də deyirlər ) akademiklərimiz !
Salam ! (Səlam , salyut , privet ) !
Bütün telekanallarda baş verən cuppulu (cıppılı ) bir şey ( zad ) şəxsən məni narahat ( rahatsız ) edir.
Oradakı bütün aparıcılar məsələn belə deyirlər :
-- Bu işin qarşısını alacaĞIQ .
-- Bu işin qarşısını alacaYIQ.
--Bu işin qarşısını alaCIX.
Yəni ğıq , yıq , cıx .
Uzatmıram , camaatın vaxtını niyə alım ki ? Amma soruşuram :
-- Ey bütün dünyada quşlara , yetim-yesirə , kərtənkələlərə qəşəng adlar qoyan ( !!! ) hörməli və hürmətli akademiklərimiz ! İndi nağayraq ( nə qayıraq ) , alacağıq , alacayıq , yoxsa alacıx ?!
Yəni qovşan , doyşan , yoxsa , a dafşan ...
скачать dle 12.1
Geri qayıt