Azərbaycanlı tələbələr bu binanın dağıntıları altında qalıblar
Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.
Xilasedicilər həmin tələbələrin yaşadığı ikinci mərtəbəyə yaxınlaşıblar.
Məlumata görə, xilasedicilər dağıntılar altında 5 nəfərin sağ olduğunu müəyyənləşdiriblər.
Qeyd edək ki, dağıntılar altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.
