Yüklə dolu 4 tır Türkiyəyə yola salındı
Bakı şəhərində, "Doğtaş” mebel mağazasında Azərbaycan vətəndaşlarının topladığı yardımlar Türkiyəyə yola salınıb.
Əsasən qış paltarları, gödəkçə, şalvar, əlcək, corab, çadır, yataq, yorğan, döşək, generator və təmizlik alətləri ilə yüklənmiş 4 TIR artıq qardaş ölkəyə göndərilib.
