İrana məxsus yük maşını Lənkəranda yanıb

Lənkəranda yük maşınında yanğın olub.
Hadisə Ələt-Astara magistralında baş verib.
İsfahan şəhər sakini, 38 yaşlı Adidin Höccətullanın idarə etdiyi DAF markalı maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən maşının arxa təkərindən yanğın başlayıb.
Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.