DİQQƏT- Bu yollar bu gündən bağlanır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar Nəsimi rayonunda - Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinə qədər və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinə qədər olan hissələri artıq bağlanıb.
Sözügedən ünvanlarda qurum əməkdaşları tərəfindən söküntü işləri artıq başlayıb.