Paytaxtın bağlanan bu yolları açıldı

20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılan bütün yollar açılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat şöbəsindən polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, artıq paytaxtın Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.