Həmrəyik-Güclüyük- BAYRAMINIZ MÜBARƏK

Həmrəyik-Güclüyük- BAYRAMINIZ MÜBARƏK
Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. 1989-cu ildə əsası qoyularaq, Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci ildə isə Naxçıvanda Ulu öndər Heydər Əliyev tərəfindən rəsmi elan olunan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il bütün dünyada geniş qeyd edilir.
 Bilirik ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanımızı Sovet imperiyası parçalayaraq,  böyük bir hissəsi İrana birləşdirilərək cənub-şimala bölüblər, bir qismi Rusiya ərazisinə(Dəmir qapı Dərbənd), bir hissəsi Gürcüstana hədiyyə edilib, əsas böyük hissəsi isə İravan mahalı, Zəngəzur diyarı, Göycə mahalını əhatə edən indiki ermənilərin yaşadığı ərazilər qədim Azərbaycan torpaqlarıdır. Millətimizi parçalayaraq dədə-baba yurd-yuvalarından didərgin salıblar, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Bütov olmaq arzusu ilə bütün millətimizi həmrəy olmağımız və yeni ilə qədəm qoymağımız münasibətiilə təbrik edirik.
Bilman İSAQ
скачать dle 12.1
Geri qayıt