Bakı-Naxçıvan təyyarəsi geri döndü- SƏBƏB İSƏ..

Bakı-Naxçıvan təyyarəsi geri döndü- SƏBƏB İSƏ..

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan verilən məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

скачать dle 12.1
Geri qayıt