Müdafiə Nazirinin yeni müavini kimdir?

Müdafiə Nazirinin yeni müavini kimdir?

Aqil Səlim oğlu Qurbanov Azərbaycan müdafiə nazirinin müavini təyin edilib.

A.Qurbanov Bakıda anadan olub, 36 yaşı var.

Aqil Qurbanov bundan öncə "PAŞA Holdinq” MMC-yə daxil olan "PAŞA İnvestments” MMC-də çalışıb. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi olan "SOCAR STP”-nin Müşahidə Şurasının üzvü olub.

Ən son isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyində işləyib.

скачать dle 12.1
Geri qayıt