MİQ imtahanında uğur qazanmağın sirləri nədir?- İsaməddin Ağabəyli açıqladı

GunAz.az müəllim adını qazanmaq istəyən müdavimlər üçün neçə illərdir Respublika birincilərinin uğur qazanmasına səbəb olan FES Tədris Mərkəzinin rəhbəri İsaməddin Ağabəyli ilə uğur qazanmağın sirləri ilə bağlı danışıb
- Özünüzü təqdim edin.
İsaməddin Ağabəyli FES Tədris Mərkəzinin qurucusu və idarəedicisiyəm.
- Hansı sahə üzrə fəaliyyət göstərirsiniz?
FES Tədris Mərkəzində MİQ və Sertifikasiya sahəsi üzrə 5 ilə yaxındır ki, Müəllimlərin İşə Qəbulu imtahanına "İbtidai Sinif” üzrə "Riyaziyyat fənnindən” dərs tədris edirəm.
- Bu illər ərzində F.E.S olaraq hansı uğurlara imza atmısınız?
Bu illər ərzində yüzlərlə müdavimin müəllim adını qazanmasında və həmçinin çalışan müəllimlərin yüksək nəticə ilə "Sertifikasiya” imtahanından keçməyinə dəstək olmuşuq. Onu da diqqətinizə çatdıraq ki, son 2 ildir "Respublika birinci”ləri FES Tədris Mərkəzinin müdavimləridir. Nəticələrimizlə tanış olmaq üçün miq_fes instaqram hesabına keçid edə bilərsiniz.
- İmtahandan qorxan müdavimlər üçün hansı məsləhətləri verə bilərsiniz?
Hər dərs sonu verdiyimiz motivasiyanı buradan da oxucalara bildirək. İmtahanın ləzzəti elə onun qorxusundadır. Amma bu qorxu həddində olmalıdır ki, nəticələrimizə təsir etməsin. Hazırlaşdığımız müddətdə çətinlik çəkdiyimiz mövzuları düşünüb özümüzü stresə salmaqdansa, bildiyimiz mövzulardan motivasiya almaq lazımdır və stəkana dolu tərəfdən baxmalıyıq. Çətin gələn mövzuları da çox çalışmalı, vərdiş yaratmalı və aradan qaldırmalıyıq.
- Sizcə MİQ imtahanında uğur qazanmağın sirri nədir?
MİQ imtahanında uğur qazanmaq üçün ixtisas üzrə baza biliklərə yiyələnməliyik və onları təkmilləşdirməliyik. Baza əldə etmək müdavimlərə görə dəyişir. Bu müddət kiməsə görə tez, kiməsə görə gec əldə olunur. Maksimum dərəcədə səbirlə yanaşmaq lazımdır.
- Müəllimlər imtahan zamanı nəyə diqqət etməlidirlər?
İlk öncə sənədlərini qaydaya salmalıdır, imtahana daxil olduqdan sonra vaxta nəzarət etməli, bilmədikləri suallar üzərində çox düşünməməlidirlər.Bizə imtahanda ən çətin sualı yazmağı bacarmaq yox, daha çox düz sualların cavab sayının olması vacibdir.
-MİQ imtahanında uğur əldə etmək üçün neçə ay öncədən başlamaq lazımdır?
Bu prosesi bir daha xatırladaq ki, müdavimə görə dəyişir. Bazası güclü olanlar üçün 3 ay, orta olanlar üçün 5-6 ay, lap zəif olanlar üçün 9-10 ay lazımdır. Güclü bazası olanların əsas problemi diqqətsizlik olduğu üçün 3-4 ay bəzən onlar üçün az olur. Ona görə daha uzun müddət suallarla tanış olub diqqətsizliyi aradan qaldırmaq lazımdır.
- MİQ imtahanına hazırlaşanlara ilk olaraq məsləhətiniz nə olar?
Hər birinə uğurlar arzulayıram. F.E.S Tədris Mərkəzi olaraq özü hazırlaşan müdavimlərə ödənişsiz dəstək qruplarına qoşulmağı məsləhət bilirəm. Bunun üçün miq_fes instaqram hesabına yaza bilərsiniz.
Daha sistemli şəkildə təlimçilərlə hazırlaşmaq istəyən müdavimlərə məsləhətimiz odur ki, işini mükəmməl bilən nəticələri yüksək olan və izahını rahat anladığınız təlimçilərə müraciət edin. Son olaraq onu da xatırladaq ki, hansı təlimçini seçməyinizdən asılı olmayaraq uğur əldə etmək sizin öz əlinizdədir. Özünüzə maksimum dərəcədə güvənməlisiniz və kənar mənfi fikirlərə qulaq asmadan öz yolunuza davam etməlisiniz. Bu uğura imza atmaqda F.E.S Tədris Mərkəzi öz peşəkar müəllim kollektivi ilə sizə hər zaman dəstək olmağa hazırdır.
- Bizə vaxtınızı ayırıb müdavimləri narahat edən sualları cavablandıraraq onların bir növ motivasiyalarını yüksəltdiyiniz üçün təşəkkür edirik İsaməddin müəllim. Yetərincə uğur əldə etdiyiniz göz qabağındadır. Bundan sonrakı işlərinizdə də sizə uğurlar arzulayırıq.
Fəridə Qafarqızı