Qaradağda Zəfər günü qeyd edildi

Qaradağda Zəfər günü qeyd edildi

QARADAĞ RAYONUNDA ZƏFƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

4 noyabr 2022-ci ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 166 saylı tam orta məktəb- liseydə 8 Noyabr ZƏFƏR Günü həmin məktəb kollektivinin, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının və Azərbaycan Respublikası Gənc Politoloqlar Mərkəzinin birgə təşkilatçılığı ilə qeyd edildi. Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Qaradağ rayon Təhsil İşçiləri Həmkarlar Komitəsinin sədri Zümrüd Rzayeva, məktəbin direktoru Zeynəb xanım Vəliyeva başda olmaqla bütün müəllim və şagirdlər, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, şagirdlərin valideynləri, rayonun təhsil ocaqlarının digər əməkdaşları iştirak edirdilər. Əvvəlcə iştirakçılar Məktəbin daxilində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra məktəbin həyətində keçirilən tədbirdə Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Zeynəb Vəliyeva əlamətdar gün -Zəfər Günü münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik edərək sözü Yeni Azərbaycan Partiyasının sədri Qafar Əliyevə verib. Qafar Əliyev 44 Günlük müharibənin və Zəfər Gününün əhəmiyyəti barədə danışaraq ölkəmizdə, o cümlədən Qaradağ rayonunda müharibədən sonra əldə olunan uğurlardan, görülən işlərdən ətraflı danışıb və əldə olunan bu böyük Qələbəni Xalqımızın, Heydər Əliyev ideyalarının, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, Türk və Müsəlman dünyasının böyük qələbəsi adlandırıb. Daha sonra tədbir çox maraqlı və yaddaqalan ədəbi bədii komposiziya ilə davam etdirilib.

Azad RZAZADƏ

Qaradağda Zəfər günü qeyd edildi

 

Qaradağda Zəfər günü qeyd edildi

 

Qaradağda Zəfər günü qeyd edildi

 

Qaradağda Zəfər günü qeyd edildi

 

Qaradağda Zəfər günü qeyd edildi

 


 

 

скачать dle 12.1
Geri qayıt