"Həştərxan İş Mərkəzi"nin açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub

"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
Noyabrın 3-də Bakıdakı  "Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub.

"Rusiya-Azərbaycan Tarla Günü" kənd təsərrüfatı texnikasının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə - Rostselmaş, Klever, Volqa Kombinat Zavodu (AGROMASH), Melinvest, Traktor MMC (URALETS), Kuzembetevski RMZ ASC, Salskselmash MMC, AgroPostavka MMC, Cənubi Ural Çəki Zavodu və başqaları təmsil edib.

Sərgidə Rusiyanın Azərbaycandakı fövqəladə və  səlahiyyətli  səfiri Mixail Boçarnikov, Azərbaycanın  kənd  təsərrüfatı  nazirinin  müavini Elçin  Zeynalov,  Rusiyanın Sənaye Nazirliyinin Kənd  Təsərrüfatı və  Maşınqayırma üzrə  Yol-tikinti  Departementinin  direktoru Mariya  Yelkina, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov və  digər rəsmi şəxslər    iştirak ediblər. 

Tədbirin   açılış mərasimi Azərbaycan və Rusiyanın   dövlət himnlərinin səslənməsi ilə başlayıb 

Çıxış edənlər sərginin  keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan tərəfinə,  dövlət qurumlarına, eyni zamanda, öz meydançasını sərgi üçün  verdiyinə və özəl təşkilatçılığa görə "Həştərxan İş Mərkəzi"nə minnətdarlıqlarını bildiriblər, sərginin  işinə  uğurlar arzu ediblər. Tədbir  "Həştərxan İş Mərkəzi"nin  konfrans  zalında  dəyirmi  masa  ilə  davam  edib.
"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
"Həştərxan İş  Mərkəzi"nin  açıq meydançasında "Rusiya-Azərbaycan Tarla Günü 2022" sərgisi baş tutub
скачать dle 12.1
Geri qayıt