DTX əməliyyatı zamanı daha bir nəfər saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılan daha bir vəzifəli şəxsin adı məlum olub.
Əməliyyat nəticəsində Nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.
Bu gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin şəxsi heyətinə qarşı xüsusi əməliyyat keçirir.