Xankəndidə etirazçılar "prezident iqamətgahının" girişini BAĞLADILAR - VİDEO

Xankəndidə etirazçılar "prezident iqamətgahının” girişini bağlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Etirazçılar Arayik Arutyunyanın çıxıb onların suallarını cavablandırmasını tələb edirlər.
Buna görə "prezident iqamətgahının girişini bağlayıblar. Onlar iddia edirlər ki, digər məmurların izahatına ehtiyac yoxdur, onların narahatlığına "prezident” şəxsən cavab verməlidir.
Qeyd edək ki, "prezident iqamətgahının” yaxınlığında xeyli sayda polis var.