Parisdən qalxan təyyarə təcili Bakıya endi

Parisdən qalxan təyyarə təcili Bakıya endi

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib

скачать dle 12.1
Geri qayıt