SON DƏQİQƏ
» » İsrail-Fələstin münaqişəsi Səy Qasımla Molla Qəzənfəri də üz-üzə qoydu

İsrail-Fələstin münaqişəsi Səy Qasımla Molla Qəzənfəri də üz-üzə qoydu

Tarix:

20-05-2021, 09:39

/ 3 453 dəfə oxundu.
İsrail-Fələstin münaqişəsi Səy Qasımla Molla Qəzənfəri də üz-üzə qoydu

 Ədib İSAOĞLU

Son günlər dünya gündəmini zəbt edən İsrail-Fələstin münaqişəsi, bizim kənddə də intriqalara, hətta «soyuq silahlarla» (gərməşov ağacı, iydə şivi, mösün söyüddən bel sapı) nəticələnən davalara səbəb olub.

Ta iş elə yerə çatıb ki, evlərdə də gərginlik səngimir. Arvad əriynən, oğul ataynan, qardaş qardaşnan, ancaq İsrail-Fələstin məsələsini mübahisəli şəkildə müzakirə edirlər. Hələ sosial şəbəkələrdən deyim. Biri yazıb ki, "Fələstinin haqqı bu milləti tutacaq. Ona görə ki, "Həmas" 44 günlük müharibədən sonra, Azərbaycanı təbrik etdi". Bir başqası isə ona cavab yazıb. "Hə nə olsun, təbriki bizə verdi, muzdlu döyüşçüləri, siyasi və mənəvi dəstəyi də ermənilərə". Di gəl çıx bu işin içindən də. Dədə öz gölümüz "Qara göl"ün azadlığından heç bu qədər yazmırlar.

Qayıdaq kəndimizdəki canlı olaylara. Sosial şəbəkədəki insanlara inam özünü doğrultmur. Bəziləri də başqa adlarnan təpilib ora…

"Təcili yardım" sreninin səsinə çıxdım küçəyə. Nə oldu yenə ay Allah, kim çağırdı bu "təcili yardım" maşınını. Qonşum Mir Hüseyn Seyid ağa təlaşımı görüb mənə təskinlik verdi.

- Təlaşlanma ay qonşu, Səy Qasımla Molla Qəzənfər genə qırıblar bir-birini.

- Yenə heyvan növbəsi üstündə?

- Yox əşi, Fələstin-İsrail məsələsidir bu dəfə. Molla Qəzənfər "bizim fələstinlilərin" üstündən gələrək belnən vurub Səy Qasımın başını partladıb. Əslində elə düz eləyib vurub. Ay qonşu, bu Səy Qasıma deyən lazımdır ki, "Cuhuddar" sənin nəyindi onları müdafiə edirsən?

- Bəs necə müdafiə edib ki?

- Deyib ki, İsrail bizə fələstinlilərdin daha yaxın millətdir. Həmişə bizi müdafiə ediblər. Fələstinlilərdən fərqli olaraq ermənilərə münasibətləri də pisdir. Belə "ədalətsiz və nahaq" sözlərə dözməyən gözünə döndüyüm Molla Qəzənfər də geydirib lapatkanı Səy Qasımın başına. Ay qonşu, gəl əyri oturaq, düz danışaq sən belə şeyləri bizdən daha yaxşı bilərsən, bu konuda, kim haqlıdır?

- Qonşu kimin haqlı olduğunu deyə bilmərəm. Amma onu deyə bilərəm ki, dinlərin yaradıcısı olan yəhudilər, dinləri yaratmaqla həm dünyanı, həmdə özlərini çıxılmaz vəziyyətə salıblar…


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ