SON DƏQİQƏ
» » Oqtay Şirəliyev nazir vəzifəsindən ÇIXARILDI

Oqtay Şirəliyev nazir vəzifəsindən ÇIXARILDI

Tarix:

23-04-2021, 16:48

/ 5 392 dəfə oxundu.
Oqtay Şirəliyev nazir vəzifəsindən ÇIXARILDI

Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

GunAz.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.

Prezidentin imzaladığı digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ