SON DƏQİQƏ
» » Bu şəxslərə verilən Prezident təqaüdü ikiqat artdı

Bu şəxslərə verilən Prezident təqaüdü ikiqat artdı

Tarix:

31-12-2020, 15:27

/ 6 171 dəfə oxundu.
Bu şəxslərə verilən Prezident təqaüdü ikiqat artdı

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilib.

Daha əvvəl həmin aylıq təqaüdün məbləği 150 manat idi.

Bu Sərəncam 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

20 Yanvar şəhidinin ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.

Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ