SON DƏQİQƏ
» » Siyavuş Novruzov Əbülfəs Qarayevin həbs olunma ehtimalından danışdı

Siyavuş Novruzov Əbülfəs Qarayevin həbs olunma ehtimalından danışdı

Tarix:

14-05-2020, 22:43

/ 2 870 dəfə oxundu.
Siyavuş Novruzov Əbülfəs Qarayevin həbs olunma ehtimalından danışdı

"Kimi cinayət, rüşvət üstündə tutursan, gedib qoşulur müxalifətə.”

YAP-çı deputat Siyavuş Novruzov Mədəniyyət naziri Əbülfəs Qarayevin həbs ehtimalı barədə danışıb.

GunAz.az xəbər verir ki, TV Müsavatın "Canlı debat” verilişində qonaq olan deputat proseslərin şəffaf məcrada inkişaf etməsindən danışıb:

"Vaxt vardı ki, bir araşdırma aparılırdı. Bir bina yanırdı, orda hansısa məsul olan şəxsləri yox, təsərrüfat müdirini, mənzil istismar sahəsinin rəhbərini məsuliyyətə cəlb edirdilər. Binəqədi rayonunda yanğından sonra icra başçısının müavini yaşıllaşdırmaya baxırdı, məsuliyyətə cəlb edildi. Yerdə qalan adamlardan heç biri cəlb olunmadı. Amma indi bilavasitə tərsinə baş verir. Rayon icra hakimiyyətində şöbə müdiri, müavin, digərləri başçısının icazəsi olmadan bir-ikisi öz səlahiyət həddini aşa bilər. Qalan hallarda rayon icra başçısı ona bu tapşırığı verməsə, o, bu funksiyanı o formada həyata keçirə bilməz. Bəzən müxtəlif strukturlardan siqnallar daxil olur. Bilavasitə nazirlik, komitədə baş verən hadisələrlə bağlı hallar olur. Videoda da görürsüz ki, birbaşa icra başçısının özü rüşvət aldığı yerdə yaxalanır. O artıq faktdır. Nəzəri götürməklə bunu həll etmək olmaz. Mənəvi məsuliyyəti var nazirin. Araşdırmalar aparılacaqsa, sübut olunacaqsa ki, nazirə də çatıb, onların bilavasitə göstərişi ilə edilib, onlar da cəzalandırılacaq”.

"Nazirlikdə baş verən korrupsiya əməllərindən nazirin xəbəri olmaya bilərmi?” sualına cavabda S.Novruzov bildirdi ki, bunu istintaq müəyyən edəcək:

"Kimsə məsuliyyət daşıyırsa, cəzalandırıacaq. Cənab prezident dəfələrlə deyib ki, kimliyindən asılı olmayaraq cinayətə, korrupsiyaya yol verən şəxs cəzalandırılacaq. Dünyanın bir çox ölkələrində belə hallarda dərhal istefa verilir, araşdırma aparılır. Biz mərhələ-mərhələ bu məsələyə yaxınlaşırıq. Kimi bu və ya digər şəxsi cinayət üstündə, rüşvət üstündə tutursan, gedir qoşulur müxalifətə. Dünyada isə başqa formadadır. Kimsə hakimiyyətin idarəetmə formasına etiraz olaraq müxalifətə keçir. Hələ mən rast gəlməmişəm ki, işlədiyi dövrdə bəyanat versin ki, mən bu sistemlə razı deyiləm, keçirəm müxalifətə”.

S.Novruzov eyni zamanda bildirdi ki, bu həbslər kampaniya xarakteri almamalıdır:

"Müəyyən adamlar bundan sui-istifadə etməyə çalışırlar. Kiminsə kiminləsə münasibəti yoxdur, şəxsi-qərəzi var. Ya da hansısa vəzifədə gözü var. Fikirləşir ki, onu çıxarsalar, bunu onun yerinə qoyarlar”.Musavat.com


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ