SON DƏQİQƏ
» » "Nazir və komitə sədri də həbs ediləcək"-ŞOK

"Nazir və komitə sədri də həbs ediləcək"-ŞOK

Tarix:

2-05-2020, 08:00

/ 3 080 dəfə oxundu.
"Nazir və komitə sədri də həbs ediləcək"-ŞOK

Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var.

GunAz.az xəbər verir ki, bu sözləri Unikal.org-a açıqlamasında Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin olduğunu bildirib. O qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var:

"Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin, bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev yeni təyin edilən Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən mərkəzi icra orqanlarında da rüşvət hallarının olduğunu, belə siqnalların araşdırıldığını bildirib (Ətraflı BURADA).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ