SON DƏQİQƏ
» » Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Tarix:

25-04-2020, 17:58

/ 2 905 dəfə oxundu.
Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

Neftçala rayonunda əməliyyat keçirilib.

 GunAz.az xəbər verir ki, Neftçala rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Kürkənd kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bundan başqa, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Çöl Dəllək kənd sakini Ş.Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ