SON DƏQİQƏ
» » Müəllimlərin maaşı bu boşluqda necə hesablanacaq?

Müəllimlərin maaşı bu boşluqda necə hesablanacaq?

Tarix:

11-03-2020, 08:54

/ 2 991 dəfə oxundu.
Müəllimlərin maaşı bu boşluqda necə hesablanacaq?

İşçinin günahı olmadan hər hansı bir fasilə yaranarsa, həmin müddət üçün əmək haqqının ödənilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulub.

GunAz.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində koronavirus təhlükəsi ilə bağlı tədrisi dayandırılan bütün təhsil müəssisələrində çalışan işçilərə bu müddət ərzində əmək haqlarının ödənilməsi qaydasından danışarkən deyib.

"Bizim insanların əmək haqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi hər zaman ölkə başçısı tərəfindən bütün qurumların qarşısında qoyulan ən ümdə məsələlərdəndir.

Ona görə də hesab edirəm ki, əmək haqlarının vaxtı-vaxtında hesablanması və ödənilməsi ilə bağlı heç bir problem olmayacaq. Həm hesablanacaq, həm də vaxtında ödəniləcək", - Təhsil naziri bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ