SON DƏQİQƏ

"Milli Şura" mitinqi ləğv etdi

Tarix:

31-10-2019, 22:34

/ 3 220 dəfə oxundu.
"Milli Şura" mitinqi ləğv etdi

"Milli Şura" noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli internet kanalında məlumat verib.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) "Milli Şura"nın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

скачать dle 12.1

Şərhlər