SON DƏQİQƏ
» » Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş öldürülüb

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş öldürülüb

Tarix:

31-03-2017, 12:40

/ 3 078 dəfə oxundu.
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Aleksandr Xaraberyuş öldürülüb

Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.
Bu barədə SBU-nun saytına məlumat verilib.
Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də "Maksim” kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin "Toyota-Prado” markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər