SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-31 Yanvar

Tarix:

31-01-2017, 10:10

/ 10 624 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-31 Yanvar

 Məhəmməd Əmin Rəsulzadə 

 Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
 

***

Telman Hacıyev 

Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professoru Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. Tanınmış psixoloq-alim Muxtar Hacıyevin oğludur. Anası Səriyyə Hacıyeva bioloq idi.1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layıq görülmüşdür.
 

***

 

 Əli Tudə

Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987). Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. 
 

***

Ələsgər Ələkbərov 

Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli vəMəcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. O, 31 yanvar 1963-cü ildə vəfat edib.
 

 

***

 İsrafil Hüseynov

Neftçi, Sosialist Əməyi Qəhrəmanı (1977). Azərbaycan Dövlət mükafatı laureatı (1972). Lenin ordenli, Respublika Dövlət Mükafatı laureatı, görkəmli neftçi, tanınmış qazma ustası, estafeti Ağa Nemətulla və Mixail Kaveroçkindən alan, İsrafil Sami oğlu Hüseynov Əmək fəaliyyətinə 1957-ci ildə «Gürgan-neft» Mədənlər İdarəsində başlamışdır. «Azərbaycan neft ustası», «SSRİ fəxri neftçisi» fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Hazırda fəaliyyətdə olan 28 May adına yatağın işlənməsinin əsasını İ.Hüseynovun briqadası qoymuşdur.
 
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ