“Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”
Tarix:
8-10-2022, 10:34
/ 1 792 dəfə oxundu.
2022-ci
il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi
ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri”
və "Yeni Şəhər Gündəliyi” –postmünaqişə dövründə bərpa və yenidənqurmanın
aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə
başladı.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış
mərasimində iştirak ediblər. Prezident İlham Əliyev həmin tədbirdə "Ağdama xoş gəlmisiniz"-deyərək
40-dan çox ölkənin nümayəndələrini salamlayıb və "Mən çox şadam ki, biz Azərbaycan
Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda
təşkil edirik"-deyib. Prezident bir zamanlar həyat dolu olan Ağdam şəhərindən
heç nə qalmadığını, işğal dövründə dağıdıldığını, 30 il ərzində daşları bir-bir
sökülməklə oğurlanıb satıldığını, lakin Cümə məscidinin isə yarı dağıdılaraq həmin
məscidin minarələrindən Azərbaycan ordusunun mövqelərini müşahidə etmək məqsədi
ilə saxlanıldığını, Ağdam məscidinin təhqir olunmasına dair foto və video
sübutlar olduğunu, Ermənilərin məsciddə donuz və inək saxladığını,
azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə
dağıldığını, onlardan 2-sini – birini Ağdamda, digərini isə Şuşada yarımçıq sökərək
etdiklərini, işğal altında saxladıqları ərazilərə 1 milyondan çox mina
basdırdıqlarını, iki il bundan əvvəl olmuş Vətən müharibəsi başa çatandan bəri
təxminən 250 azərbaycanlının minaların partlaması nəticəsində həlak olduğunu və
ya ağır yaralandığını, bu rəqəmin hər həftə artığını, təkcə keçən həftə 2 nəfərin
həlak olduğunu, 3 nəfərin isə ağır yaralandığını bildirib. Daha sonra prezident qonaqların diqqətinə burada - Ağdamda gördüklərinin
Qarabağ ərazisində hər bir kənddə görə biləcəklərini, Füzuli şəhərinin də, Cəbrayıl,
Qubadlı, Zəngilanın da tamamilə dağıdıldığını, bütün binaların dağıdılmadığı
yeganə yerlərin isə Şuşa, Laçın və qismən Kəlbəcər olduğunu qeyd edib. Prezident qonaqlara bildirib ki, bizim əsas vəzifəmiz Qarabağı işğaldan azad
etmək idi, biz bu məqsədimizə nail olmuşuq, indi isə əsas vəzifəmiz Qarabağın bərpa
olunması və dirçəldilməsidir. Prezident iştirakçıların diqqətinə sülh prosesi barədə Azərbaycanın mövqeyini
çatdırıb və İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfinin de-fakto
vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz
etmək olduğunu, məhz buna görə danışıqlar prosesinin heç bir nəticə olmadan 28
il davam etdiyini, BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların heç bir iş
görmədiyini, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan strukturun və onun
həmsədrlərinin işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və
kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda
qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da, Ermənistanı qınamaıqlarını da
qeyd edib və deyib:"Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa
edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun
özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa
edib". Prezident Azərbaycanın Ermənistana sülh təklif etdiyini, Sülh müqaviləsi üçün əsas
olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi
bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc
tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin
müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdüyümüzü diqqətə
şatdırıb və Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik olduğunu, çünki bu
yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü,
xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə
görüş keçirildiyini, əgər Ermənistanın sülhü seçməsə, onların növbəti ciddi səhvə
yol verəcəklərini qeyd edib. Prezident eyni zamanda, ümumi uzunluğu 400 kilometrdən çox olan sərhədi müəyyənləşdirmək
üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq
fəal şəkildə iş aparıldığını qeyd edərək sərhədlərin delimitasiyası üzrə iki
müvafiq komissiyanın - Azərbaycan və Ermənistan komissiyalarının da vaxt itirməyəcəklərinə
və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində
fəal işləyəcəklərinə əmin olduğunu qeyd edib. Sonda, prezident ötən müddət ərzində baş verən hadisələr haqqında məlumat
verdikdən sonra bu gün bizim- yəni Azərbaycanın yeni çağırışlarla üzləşdiyini,
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri
qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər
üçün daha yaxşı şəraitin yaradılması vəzifələri
üzərində işlər görüldüyünü, çətin şəraitdə yaşayan 300 mindən çox məcburi
köçkünün yeni ev və mənzillərlə təmin olunduğunu, artıq Böyük Qayıdış
proqramının işə başlandığını, bütün şəhərlərin Baş planlarının aparıcı beynəlxalq
şirkətlər tərəfindən artıq hazırlandığını və təsdiqləndiyini bildirib. Qafar ƏLİYEV YAP Qaradağ rayon təşkilatının sədri