"Whatsapp"da maraqlı yenilik
Vatsap tərtibatçıları "Android” və "iOS” sistemlərində messencerə yeniləmə təqdim ediblər.
Yeniliklərdən biri budur ki, artıq qrup zənglərinin iştirakçılarının səsini söndürmək mümkün olacaq.
Bundan əlavə, yenilənmədən sonra qrup zənginin iştirakçıları bir-birinə şəxsi mesajlar da göndərə biləcəklər.