Çox tez hazırlanan tort resepti

Sizə tezbazar hazirlanan "Napaleon" pirojnası resepti təqdim edirik. Qonağınız gələcək, əsla narahat olmayın. Hazır qat-qat xəmirdən çox dadlı pirojnalar hazırlaya bilərsiniz.
Əvvəlcə bu hazır xəmiri 4 hissəyə bölün və 180 dərəcədə, əvvəldən qızdırılmış sobada 15 dəqiqə bişirin. Xəmir bişənə qədər cəld qatilaşdırılmış süd, vanil və yağla krem çalın, hazır kvadratların üzərini kremləyib, digərini də üstünə qoyun və hər tərəfini kremləyib, qırıntılarla bəzəyin.
Bu qədər sadə.
Qatılaşdırılmış süd ilə yağlı krem üçün lazım olan ərzaqlar:
Ərzaqlar:
1 banka qatılaşdırılmış süd (bişmiş ya da çiy)
200 qr kərə yağı
1/2 ç.q vanil
Yumşaldılmış kərə yağını mikserlə ağaranadək çalırıq.
Sonra qatılaşdırılmış südü əlavə edib çalırıq. Vanili əlavə edib krem bərkiyənə qədər çalırıq.