Çeburaşka parfümü hazırlanır

Çeburaşka parfümü hazırlanır

Rusiyada məşhur cizgi filmi personajı olan Çeburaşkanın 55 illiyi münasibətilə xüsusi parfüm hazırlanıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, parfümün təqdimatı avqustun 20-də keçiriləcək. Yazıçı Eduard Uspenskinin hekayəsində Çeburaşka portağal qutusundan tapıldığına görə təqdimata bir ton portağal da gətiriləcək.

Qeyd edək ki, Çeburaşka personajı ilk dəfə 1966-cı ildə Eduard Uspenskinin "Timsah Gena və onun dostları" kitabında ortaya çıxıb. Əsərin əsasında 1969-cu ildə rejissor Roman Kaçanov "Timsah Gena" filmini lentə alıb.

скачать dle 12.1
Geri qayıt