Ərsoydan ŞOK AÇIQLAMA- 45 saniyəlik zəlzələdə 50 min bina dağılacaq

Ötən günlərdə İstanbulun Qartal səmtində baş verən 3,9 ballıq zəlzələ digər yeraltı təkanlardan fərqləndirilməlidir.
Bu sözləri türkiyəli professor Şükri Ərsoy deyib.
"Zəlzələlərin dənizlərdə baş verməsini gözləyirik. Lakin Qartaldakı zəlzələ quruda meydana gəldi. Şimal Anadolu xəttinin ikinci qollarının bir neçəsinin quruya çıxdığını bilirik. Mərmərə zonasında 7 ballıq zəlzələnin olacağı qaçılmazdır. Burada 28 milyon insan yaşayır. 6 milyona yaxın bina var. Növbəti zəlzələdə 100 milyard dollarlıq zərər dəyə, 50 min bina çökə bilər. 45 saniyədə 100 milyard itirmək böyük puldur. Zəlzələ olmayan hər anı ciddi dəyərləndirməliyik”, - deyə professor bildirib