“Tesla” avtomobilləri suyun üzərində qala biləcək

“Tesla” avtomobilləri suyun üzərində qala biləcək
Yeni "Tesla Cybertruck” elektrik pikapları bir müddət suyun üzərində qala biləcək.
"Lenta.ru” xəbər verir ki, bu haqda İlon Mask öz "Tvitter” hesabında yazıb.
"Tesla Cybertruck” modeli 2019-cu ilin noyabr ayında təqdim edilib. Avtomobilin korpusu gülləkeçirməyən poladdan, şüşələri isə polimer kompozitdən hazırlanıb.
Bu modelin əsas xüsusiyyəti futuristik dizayna malik olmasından ibarətdir.
"Tesla Cybertruck” avtomobilinin kütləvi istehsalı 2021-ci ildə başlayacaq.
скачать dle 12.1
Geri qayıt