Ərəb ölkəsi kosmonavt axtarır - Marsda şəhər salınacaq
Birləşmiş Ərəb Əmirlikləri Marsa quracağı kosmik baza üçün kosmonavt axtarışına başlayıb.
Gunaz.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq BƏƏ Kosmik Agentliyi namizədlərin işə qəbulu üçün müsabiqə elan edib.
Seçiləcək namizədlər 2019-cu ildə kosmik səyahətlərə çıxmaq üçün təlimlərə başlayacaqlar.
Qeyd edək ki, BƏƏ-nin kosmik layihəsinin 136 milyon dollara başa gələcəyi açıqlanıb. Marsda qurulması planlaşdırılan şəhərdə 600 min nəfərin yerləşdirilməsi nəzərdə tutulub.