Fəhlə təkbaşına 20 ilə qəsr tikib - FOTO
İspaniyalı fəhlə Serafim Villaran təkbaşına çay daşlarından tikdiyi qəsri 20 ilə ərsəyə gətirib.
GUNAZ.az AZƏRTAC-a istinadən bildirir ki, tikinti işlərinə 42 yaşında başlayan Serafimin bu sahədə elə bir təcrübəsi yox idi. Onun bilik mənbəyi yalnız kitablar olub.
"Castillo de las Cuevas" adlandırılan qəsr 5 mərtəbəli olmaqla, xarici turistləri də cəlb edir.