Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar

Çox yaşamaq istəyənlər bu xəbəri oxusunlar
Ohayo Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qidalanma rasionunun 20% azalması vaxtından əvvəl ölümünün riskini xeyli azaltmağa imkan verir.
GUNAZ.az Saglamolun.az- a istinadən bildirir ki, bunun üçün alimlər gün ərzində 1 porsiya əti 1 ovuc qoz-fındıqla əvəz etməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, yalnız bu sadə qaydaya əməl etməklə insan həyatını 8-17% uzada bilir.
The Daily Mail xəbər verir ki,  alimlər qidalanmada xroniki xəstəliklərin riskini azaldan məhsulların miqdarını artmağı tövsiyə edirlər. Bu məhsullar arasında: meyvə, tərəvəz, balıq, zeytun yağı, süd məhsullarıdır.
Alimlər 70 mindən artıq insanların qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, rasionu 20% azaltmaq və qidalanmaya yuxarıda sadaladığımız məhsulları əlavə etməklə insanlar həyatını xeyli uzada bilər.

 

 

скачать dle 12.1
Geri qayıt