Kimlərə yemiş yemək olmaz?

Kimlərə yemiş yemək olmaz?
Yemiş (qovun) tərkibindəki şəkər və bəzi fəal maddələrə görə hər kəsə uyğun olmaya bilər. 
Şəkərli diabet xəstələri: Yemişin qan şəkərini sürətlə qaldırma riski var. Bu diaqnozu olan şəxslər yemişi qidalanma mütəxəssisi nəzarəti altında, gündəlik 50-100 qramla məhdudlaşdırmalıdırlar. 
Mədə-bağırsaq xəstələri: Kəskin mədə və ya onikibarmaq bağırsaq xorası, qastrit və ya ağır koliti olanlara yemiş yemək məsləhət görülmür. 
Hamilə və süd verən analar: Bəzi tibbi mütəxəssislər körpədə qaz və ya allergik reaksiya yaratma ehtimalına qarşı bu qrup şəxslərə ehtiyatlı olmağı tövsiyə edirlər. 
Acqarına və ya digər qidalarla birgə yeyənlər: Yemiş acqarına və ya digər meyvələrlə qarışıq yeyildikdə qaz, köp və ishal yarada bilər. Həmçinin, spirtli içki ilə birlikdə qəbul edilməsi ciddi həzm problemlərinə səbəb ola bilər. Yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.
Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.
Mütəxəssislər həmçinin yemişi su, turşudulmuş süd məhsulları, süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.
Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu – sentyabrın əvvəli yetişir.
скачать dle 12.1
Geri qayıt