“Qadına pul verildikcə bərəkət artacaq

“Qadına pul verildikcə bərəkət artacaq
“Uzun zamandır müşahidə edirəm. Bu zaman bəlkə də minlərlə qadınla bu barədə söhbət etmişəm. Böyük əksəriyyəti ərindən pulu güc-bəla ilə alır".
GunAz.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist İradə İsaq “Facebook” səhifəsində yazıb.
O əlavə edib: "İşləyən xanımlara ümumən çox az hallarda ərləri pul verir. Evdar xanımlar isə ya min bir bəhanəylə, bazarlıqdan gizlətdiyi pullarla, ya yenə ata evindən, valideynlərindən aldıqları pullarla yaşayırlar. Evdə pul üstündə davası çıxmayan çox az qadın var”. 
İ.İsaq qeyd edib ki, kişilər öz xanımlarına pul verdikdə, həmin pulunu bərəkəti artır:
“Ata-ananın ölümü bu qadınlar üçün ikiqat faciədir. Hələ də o pensiyanın bərəkəti dolandırır börkünü yan qoyanların evini.
Deyirlər ey, qadınlar pul almaq üçün boşanır. Əmin olun, o kişilər, heç evli olanda da uşağa baxmayıblar.
Əminəm, böyük bir yaranı eşələdim. Amma vəziyyət təəssüf ki, belədir!
Kişilər anlasa ki, vermədikcə, aldıqca qadın enerjisinə girirlər, qadınlaşmağa başlayırlar. Kişi ötürəndir, qadın alandır. Qadına verildikcə bərəkət artacaq, çünki qadın portalıdır. Onun elə bir razılığı məsələni dəyişir, bərəkəti artırır. Kişi qadınından kəsdisə, ruzisi artan deyil. Bu, dəqiqdir!
Bir də mən anlamıram, qadın niyə "pul ver bazarlıq edim, uşağa nəsə alım" deməlidir ki? Məntiqi yeri-göyü dağıdanlar bunu özləri anlamır ki?”
скачать dle 12.1
Geri qayıt