Songül Allahverdiyevanın uğur hekayəsi

Songül Allahverdiyevanın uğur hekayəsi
Gənc və perspektivli azərbaycanlı tələbə Songül Allahverdiyeva 17 yaşında  Türkiyənin 16 universitetindən qəbul alaraq psixologiya ixtisası üzrə təhsil həyatına uğurla başlayıb.
GunAz.az xəbər verir ki, Songül Allahverdiyeva yalnız akademik nailiyyətləri ilə deyil, həm də publisistik fəaliyyəti ilə diqqət çəkir. Onun qələmə aldığı “Əziz Şuşa, sən Azadsan!” və “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlı məqalələri oxucular tərəfindən maraqla qarşılanıb və gənc yazar kimi tanınmasına səbəb olub.
Gənc yaşında bu qədər universitetdən qəbul alması onun yüksək intellektual potensialının, zəhmətkeşliyinin və məqsədyönlü fəaliyyətinin bariz nümunəsi kimi qiymətləndirilir. Psixologiya sahəsində təhsil alan Songül Allahverdiyevanın gələcəkdə həm elmi, həm də publisistik istiqamətdə mühüm uğurlara imza atacağı gözlənilir.
Bu gün Songül Allahverdiyevanın doğum günüdür.
GunAz.az kollektivi adından  Azərbaycanımızın gələcəyini layqincə təmsil edən Songül xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uğurlu təhsil həyatı, yeni elmi nailiyyətlər və yaradıcılıq uğurları arzulayırıq.
Rəsmiyyə HEYBƏTAĞAQIZI
скачать dle 12.1
Geri qayıt