Süni intellekt bu peşələri sıradan çıxaracaq

Bu fikirləri İKT üzrə tanınmış mütəxəssis Elvin Abbasov açıqlamasında səsləndirib.
Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma olmalıdır” | 1news.az | Xəbərlər
“Təkbaşına qərar qəbul etmək funksiyası süni intellektə hələki bizlər tərəfindən verilmir. Biz onu sadəcə köməkçi asistant kimi istifadə edirik. Bir çox iş sahələri artıq öz-özlüyündə süni intellektin inkişafı ilə avtomatlaşıb. Artıq bir çox fəaliyyət insan əməyinin yanında süni intellektin təhlili ilə fəaliyyət göstərir. Məsələn, biz görürük ki artıq bir çox xəstəliklərin dəqiq təhlil və proqnozları süni intellektlə həyata keçirilir. Digər istiqamətlərdə, kənd təsərrüfatı, enerji sahəsində, neft-qaz resurslarının torpaqdan çıxarılması istiqamətində artıq demək olar ki insan əməyi çox azalıb. Bu riskli peşələrin hər birində robot texnika və avtomatlaşma fəaliyyətləri həyata keçirilir. Orada insan demək olar ki tamamilə öz funksiyasını azaldır.
Ekspert qeyd edir ki, Süni intellekt inkişaf etdikcə rutin işlər aradan qalxacaq, daha çox təfəkkür mahiyyətli fəaliyyət növləri insan nəzarətində qalacaq.
“Rutin işlər deyəndə, xüsusi insana ehtiyac olmayan fəaliyyət növləri nəzərdə tutulur. Yəni bu işləri avtomatlaşdırma ilə də həyata keçirmək mümkündür. Kargüzarlıq fəaliyyətini süni intellekt rahatlıqla edə biləcək. Məsələn, eyçarlara gələcəkdə ehtiyac olmaya bilər. Çünki bunların hər biri qanunla tənzimlənən fəaliyyətlərdir. Bu işləri biz öz ünsiyyətimiz ilə etmirik. Bir çox sahələr yenidən tənzimlənəcək. Bunlardan ən əsaslarıda rutin işlər olacaq.”