Körpəyə inək südü içirtmək olarmı?

GunAz.az Medicina.az-a istinadən xəbər verir ki, pediatr Elşən Tağıyev inək südü ilə qidalanmaya aydınlıq gətirib.
“6 aylıqdan yuxarı körpələrə gündə 50 ml-dən çox olmamaq şərti ilə inək südü vermək olar. Amma südü birbaşa içirmək olmaz. Qidalara, sıyıqlara qatmaq olar. İnək südünə qarşı güclü allergiya və həssaslıq olarsa, həkimə müraciət edin.
Körpəyə 6 ayına qədər heç bir heyvani qida, süd vermək olmaz”, - pediatr qeyd edib.