Günün qoroskopu: Risk etməyin

Günün qoroskopu: Risk etməyin
Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - maddi və maliyyə sahələrində yeniliklər, hədiyyə ola bilər. Axşam uğurlu dönəmdir. Səhşətinizi düşünün. Mənfi enerjili insanlardan uzaq durun.
Buğa
 - hansısa işi yenidən görməyə ehtiyac yaranarsa, münasibəti dəyişin, fəaliyyətinizdə düzəliş edin və situasiyadan mənfəətiniz üçün faydalanın. Böyük zəhmət və səy hesabına əldə etdiyiniz nəsnə ilə risk etməyin.
Əkizlər
 - heç nəyin qarşısını almağa çalışmayın. Ciddi dəyişikliklər sizdən yan keçərsə, imic dəyişməyin yolları barədə düşünün. Alternativlər arayın, rutin yollarla kifayətlənməyin.
Xərçəng
 - Haron və Ledanın münasibətləri bu gün dəyişməyinizə şərait yaradacaq. Artıq heç bir mənası qalmayan münasibətlərlə nəsnələrdən qurtulmaq üçün əlverişli gündür. Həyatın dəyərini bilin. Hər şeyi yenidən qazanmaq olar - zamandan savayı.
Şir
 - ailənin təşəbbüsünüzə, xoş rəftarınıza ehtiyacı var. Axşam saatlarında dostları qonaq çağırmaq, ya da onlarla bir araya gəlmək olar. Yaşılların istəklərini nəzərə alın.
Qız
 - tərəfdaş və ya yoldaşlarla ümumi məqsədləri, gələcəklə bağlı planları müzakirə etmək olar. Yeni ideyalara təkan verməyə tələsməyin. Gərəksiz olan hər şeydən qurtulun.
Tərəzi
 - bilikli, təcrübəli insanlarla təmaslar arayın, müvafiq xəbər mənbələrinə üz tutun. Vacib cavab ala bilərsiniz. Yaxınlarınızla məsləhətləşmək olar.
Əqrəb
 - ilin ən mühüm, yaşamınızı müəyyənləşdirə biləcək günlərindən biri yaşanacaq. Andromeda və Titanın münasibətləri bu gün sizə gərəkli informasiyanı aramağı məsləhət bilir.
Oxatan
 - gün yeni mövzuya təkan verə bilər. Çiy ideyalara qapılmayın. Yeni işə başlamazdan əvvəl situasiyanı, durumun mənfi və müsbət yönlərini götür-qoy edin.
Oğlaq
 - Tələsməyin, aramla və təmkinlə davransanız, daha çox iş görə bilərsiniz. İşdə və fikirlərinizdə qayda yaradın. Səbrli, iradəli olun.
Dolça
 - ifrat çalışmaq qüvvə itkisinə, işgüzarlıq və məhsuldarlığın azalmasına səbəb ola bilər. Yenə də əlavə işə başlasanız, sabah durumunuz yaxşı olmayacaq.
Balıqlar
 - Miranda və Elaranın münasibətləri işlərdə aktivləşmə, ideya və niyyətlərdə statistik çoxluq yaradacaq. İndi ən mühüm işlə məşdudlaşmaq asan deyil. Bir işi qoyub, başqasına başlamayın.
скачать dle 12.1
Geri qayıt