Anna dünyanın ən hündür ziplaynında

Anna dünyanın ən hündür ziplaynında
Rusiyanın Xalq artisti Anna Netrebko paylaşımı ilə marağa səbəb olub.
GunAz.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyində olan Anna ziplayna yollanıb.
O, Dubayda məşhur olan dünyanın ən hündür ziplaynından istifadə edib. Anna "Dubai Marina"dan başlayan göydə gəzmə əyləncəsindən çəkdiyi görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Opera ifaçısı paylaşımına "Qorxu yoxdur, sadəcə əyləncə" sözlərini yazıb.
Qeyd edək ki, Anna Xalq artisti Yusif Eyvazovla ailəli olub. Cütlük bir müddət əvvəl rəsmi boşandığını açıqlayıb. Anna Dubayda mənzil aldığını və bəzən orada yaşadığını deyib.
Dubayda yerləşən ziplaynın orta sürəti 80 km. saatdır, hündürlüyü 170 metrə qədərdir və uzunluğu 1 kilometrdir.
скачать dle 12.1
Geri qayıt