İki yaşdan kiçik uşaqlar bunlardan uzaq tutulmalıdır

GunAz.az-ın məlumatına görə, qurum tövsiyə edib ki, 2-5 yaş arası uşaqların ekran qarşısında keçirdikləri vaxt gündə bir saat, 6-12 yaş arası uşaqların isə gündə iki saat olmaqla məhdudlaşdırılmalıdır. 13-18 yaş arası gənclər gündə 3 saatdan çox cihazlardan istifadə etməməlidirlər.
Səhiyyə naziri Yakob Forssmed bildirib ki, "Smartfonlar və digər qadcetlər çox uzun müddətdir ki, uşaqlarımızın həyatının hər sahəsinə sızıb. Buna görə də uşaqlar ictimailəşməyə, fiziki fəaliyyətə və ya kifayət qədər yatmağa daha az vaxt sərf edirlər. 15 yaşlı uşaqların yarısından çoxunun kifayət qədər yuxu almırlar".
Agentlik qadcetlərin uşaqların diqqətini yeməkdən yayındırdığını və onların tox olduqlarını dərk etmələrinə mane olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl İsveç hökuməti məktəblərdə smartfonlardan istifadəni qadağan etməyi nəzərdən keçirdiyini açıqlamışdı.