"Fuad Poladov məni bəyənmirdi"

"Fuad Poladov məni bəyənmirdi"
"Mənə "Məşədi İbad" obrazı təklif ediləndə imtina etdim. Həmin filmdə yeganə kişi adam Məşədi İbad idi. Rüstəm bəy qumarbaz, qızını satır. Bu kişi dinlə, imanla evlənmək istəyir. Buna görə də imtina etdim. O qədər ciddi obrazdır ki, o yaşda onu oynamaq istəmədim. Aktyor gündə öyrənir. Cavan 60-70 yaşında kişini tam oynaya bilməz. Amma 70 yaşlı kişi cavan obrazı oynaya bilər".
GunAz.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Qapqara" layihəsində deyib.
Aktyor sənətindən danışıb. R.İsgəndərov mərhum Xalq artisti Fuad Poladovun ona iradından bəhs edib:
"Fuad Poladov məni bəyənmirdi. "Albalı bağı" tamaşasında nökər Yaşa obrazını vermişdi. Hüseynağa Atakişiyevlə teatrda işləyirsən və baş rol alırsan. Amma universitetdə beşinci kursdasan, sənə rol verirlər və bəyənmirlər. Deyir ki, düz etmirsən. Nəticədə Hüseynağa müəllim gəldi tamaşaya baxdı. Qayıtdı ki, içi Fuad qarışıq, bilmirdiniz nə edirdiniz".
R.İsgəndərov biznes qurmasından və batırmasından bəhs edib:
"Sənət tərəfindən istəmərəm hansısa bir vaxt qoyulsun. Arada bir mənə deyirlər ki, bəsdir, özünə bir biznes aç və onunla məşğul ol. Allah tərəfindən verilən biznesim aktyorluqdur. Dəfələrlə bir işə qol qoymuşam, amma uduzmuşam və pul batırmışam. Allah deyir ki, səninki elə aktyorluqdur. Öz işinlə məşğul ol. Həmişə şad olmuşam, sevinmişəm ki, sevimli sənətim də, ruzum da buradadır, öz Vətənimdə".
скачать dle 12.1
Geri qayıt