Çin hava taksilərinin satışına başladı
Çinin "Ehang" şirkəti hava taksilərinin satışına başlayıb.
GunAz.az oxu.az-a istinadən bildirir ki, taksinin "Taobao" marketpleysində qiyməti 2,39 milyon yuan təşkil edir ki, bu da hazırkı məzənnə ilə təxminən 330 min dollara bərabərdir.
Şaquli uçuş və eniş modeli olan hava taksisi iki sərnişin üçün nəzərdə tutulub. Pilotsuz avtomobil idarəetmə mərkəzi ilə əlaqədə olacaq ki, bu da fövqəladə vəziyyət halında müdaxilə edilməsinə imkan verəcək.
Hava taksisinin kreyser sürəti (bir kilometrə ən az yanacaq sərf edən hava, dəniz və ya çay gəmisi, avtomobil və ya digər nəqliyyat vasitəsinin sürəti; bu sürət sabit yanacaq üçün maksimum məsafə qət etməyə imkan verir - red.) saatda 100 kilometrdir. Maksimal faydalı yük əmsalı 220 kiloqram, maksimum hündürlük üç kilometr, uçuş məsafəsi 35 kilometr, davamlılıq müddəti isə 20 dəqiqədən bir qədər çoxdur.