Rusların ən çox maraq göstərdiyi bu ölkə oldu - SƏBƏB

Rusların ən çox maraq göstərdiyi bu ölkə oldu - SƏBƏB
"Yandex Travel” analitikləri apardıqları araşdırmaların nəticəsini elan ediblər.

Araşdırmaya görə, Azərbaycan iyunda ruslar üçün xarici istiqamətlər arasında tələbat artımı baxımından lider ölkə olub.

Qeyd olunur ki, 2023-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlir. Azərbaycanda hotellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb.
скачать dle 12.1
Geri qayıt