Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaxın ətrafınızdakı insanlara mövqeyinizi sakit şəkildə çatdırın. Amma onlara öz mövqeyinizi təkid, israrla qəbul etdirməyə, başqalarını da sizin kimi açıq danışmağa çalışmayın. Buğa- ola bilər ki, həyatınızda yeni mərhələ başlasın. Spontan qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Əkizlər - ən önəmli anlarda hissiyatınıza güvənin. Hansısa şəxs qanunu pozaraq sizdən rüşvət tələb edirsə, verməyin. Haqqınızı tələb edin, sonadək gedin. Xərçəng - bu gün yaranan perspektivi dəyərləndirməyə çalışın. Hadisələr gərginləşir, harmoniya və sakitlik məcrası pozulur. Siz sakitlik istəsəniz də, belə olmayacaq. Lakin bir addım da geri çəkilməyin, irəliləyin. Şir - məqsədinizə çatmaq üçün gərəkli bildiyiniz hər şeyi edin. Şəxsi münasibətlərdə emosiyalar həddini aşa bilər, çünki demək istəmədiyiniz həqiqəti söyləyəcək və maskaları yırtmağa can atacaqsınız. Qız - gün sakit olmayacaq. İşlərinizin maraqları çərçivəsində addımlar atın, eqoist olmayın. Bir məqamda güzəştə getsəniz, digər istiqamətlərdə üstünlük əldə edərsiniz. Tərəzi- gərgin gündür. Qayğı və öhdəliklərin sayı artacaq. Prinsipial məsələnin həllinin nəzərdə tutulduğu danışıq və ya müzakirə üçün əlverişli gün deyil. Əqrəb - qarşılıqlı güzəşt çox çətinliklə əldə oluna bilər. Təşəbbüsləriniz çoxsaylı maneələrlə qarşılaşacaq. Rəhbərlik və tərəfdaşlarınızla münasibətlərdə çətinliklər yaranacaq. Oxatan - problemlər ruhdan düşməyinizə səbəb olmamalıdır. Əksinə, sizə meydan oxuyanlara rəğmən, onları üstələyin. Çəkinməyin, qorxmayın, tərəddüd etməyin. Oğlaq- alış-verişdə bahalı heç nə almayın. Çünki həmin nəsnə az sonra sizdə təəssüf hissi yarada bilər. Sevdiyiniz insanlarla diqqətli olun. Dolça - gərgin, hadisələr və emosiyalarla dolu gündür. Yaşanan hadisələr nəyin düzəlişə, təkamülə ehtiyac duyduğunu aşkar göstərəcək. Emosiyaları nəzarət altında saxlayın. Balıqlar - situasiyaları münaqişəyə çevirməyin, baş verənləri drammatikləşdirməyin. Günün ikinci yarısı çoxdan bəri tamamlamağı düşündüyünüz işi bitirmək üçün əlverişlidir.