SON DƏQİQƏ

Pomidor haqqında bilmədiyimiz maraqlı faktlar

Tarix:

23-08-2018, 09:24

/ 10 899 dəfə oxundu.
Pomidor haqqında bilmədiyimiz maraqlı faktlar

1. Pomidorların uzun müddət soyuducuda qalması üçün soyuducuya qoymazdan əvvəl saplaqlarını çıxarın və saplaq yerləri altda qalmaq şərti iə və bir-birinə toxunmamaq şərti ilə yerləşdirin.

2. Salatda istifadə etdiyiniz pomidorların baş tərəflərini atmayın. Onları tomat pastası ilə birlikdə istifadə edə bilərsiniz.

3. Çürük və ya yumşalmış pomidorların xarab olmamış hissələrini sobada 60 dərəcə temperaturda 5 saat bişirin və ya günəşdə qurudun. Sonra bu tərkibi zeytun yağı, duz, qara istiot və döyülmüş sarımsaq qarışdıraraq şüşə qaba yığın. Beləliklə, yeməkləriniz üçün gözəl bir sous hazırlamış olarsınız.

4. Yaşıl pomidorları günəşli bir otaqda saxlasanız, tez qızarar.

5. Pomidor bişirərkən həmişə içərisinə bir çimdik şəkər tozu atmağı unutmayın.Yeməyiniz daha ləzzətli olacaq.

6. Evdə artıq pomidorunuz varsa, onları sərin, qaranlıq, rütubətsiz bir yerə qoyun. Bu şəkildə pomidorlarınız 14 gün xarab olmadan qala bilər. Əgər soyuducuya qoyacaqsınızsa, soyuducu torbalarının içərisinə qoymaq məsləhətdir.

7. Əksər yeməklərinin əsas ərzaqlarından biri olan pomidor bəzən yeməyin dadını və görünüşünü pozur. Tumları isə yeməyin turş olmasına səbəb olur. Buna görə də pomidoru yeməyə əlavə etməzdən qabaq soyub, tumlarını çıxartmaq lazımdır.

8. Uzun müddət qalan pomidorlar müəyyən vaxt keçdikdən sonra su itkisinə məruz qalaraq büzüşür və əvvəlki görünüşlərini itirirlər. Bu pomidorları duzlu su dolu bir qabın içərisinə qoyaraq yarım saat soyuducuda saxlayasınız, əvvəlki görünüşlərinə qayıdarlar.

9. Pomidorun tumlarını asanlıqla çıxartmaq üçün 2 hissəyə bölün, sonra böldüyünüz hissələri ovucunuzda sıxın.

10. Pomidoru asan soymaq üçün qabığını bıçağın arxası ilə sürtərək yumşaldın və ya qaynar suda 1 dəqiqə saxlayın. Digər tərəfdən pomidoru ocağın üzərində yüngülcə tutsaq, qabığı yenə asanlıqla soyular.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ