SON DƏQİQƏ
» » Günün qoroskopu: Alış-verişdə bədxərclik etməyin

Günün qoroskopu: Alış-verişdə bədxərclik etməyin

Tarix:

25-03-2017, 01:52

/ 3 821 dəfə oxundu.
Günün qoroskopu: Alış-verişdə bədxərclik etməyin

Gunaz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç
- planlaşdırma, fəaliyyət qrafikinin yenidən hazırlanması, əvvəl başladığınız işin başa vurulması üçün əlverişli gündür. Yarımçıq qalmış tapşırıqları yerinə yetirməyə səy göstərsəniz, sizi narahat edən qayğılardan biri azala bilər.
Buğa
- başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq.  Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.
Əkizlər
- gözlənilməz görüş mümkündür. Bu görüşün əsl səbəblərini bir qədər sonra anlayacaqsınız. Hadisələrin mənfi məcrada inkişafından qorunmaq üçün əvvəlcədən tədbirlər görməli olduğunuzdan, ehtiyat variantları fikirləşməyiniz pis olmaz.
Xərçəng
- bu gün səhər saatlarında qohumlardan birinidən təklif alacaqsınız. Həmin təkliflə bağıl uzun-uzadı müzakirələr və ya təhlillər aparmağa ehtiyac yoxdur. Ani dəyərləndirmə və sürətli reaksiya tələb olunan davranış modelidir.
Şir
- işdə mübahisələr istisna deyil. Həmkarlarınıza mövqelərinizin səhih və doğru olduğunu anlatmağa çalışarkən emosiyalara qapılmayın. Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər.
Qız
- fiziki işlə məşğulsunuzsa, görəcəyiz işdən artıq həcmdə tapşırıqları yerinə yetirməyə çalışmayın. Bunun fəsadları ola bilər. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin.
Tərəzi
- sizə yaxın olan insanlarla ünsiyyətdə açıq olun, qadağalar və məhdudiyyətlərin sayını könüllü şəkildə artırmayın. Müxtəlif yalanların pərdələri altında həqiqəti gizlətmək səylərinin müvəqqəti nəticələr verdiyini də bilin.
Əqrəb
- xoş, amma o qədər də ciddi olmayan münasibətlərin başlanması mümkündür. Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun.
Oxatan
- gün faydalı və ya xoş ola bilər, məziyyəti siz seçməli olacaqsınız. Ya mühüm işlərlə məşğul olub uğur qazanacaq, ya da dostlarla əla vaxt keçirəcək, amma heç nəyə nail olmayacaqsınız.
Oğlaq
- günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. İmiclə eksperimentlər arzu olunan deyil.
Dolça
- alış-verişdə bədxərclik etməyin. Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.
Balıqlar
- bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz. Səbəb sizin haqlı olmağınız yox, sizi fikrinizdən daşındırmağın mümkünsüz olduğunu opponentlərinizin anlamasıdır.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər